+2 səs
1,402 baxış
Tibb, Sağlamlıq bölməsində

ARGİNON-L dərmanı

1 cavab var:

0 səs
L-arginin şərti əvəz olunmayan amin turşudur - uşaqlarda tam sintez olunmur, böyüklərdə minimal dozada və müəyyən şərtlərdə sintez olunur. 30 yaşdan sonra orqanizmdə sintezi azalmağa başlayır. Damarın selikli qişasından sürətli sorularaq qana NO, NO2, NO3 şəklində düşür. Toxumalara diffuziya etməsi oksigendən 1,4 dəfə aktivdir. L-arginin azotun donoru və təbii daşıyıcısıdır. NO ferment sistemini azotla təmin edir. NO arterial sistemin əsas tonus mediatorudur. Orqanizmdə diostalik təzyiqin səviyyəsi məhz bu mediatordan asılıdır. Damar divarındakı saya əzələlərin tonusunu azaltmaqla və qanda xolesterinin səviyyəsini aşağı salmaqla diastolik təzyiqi normallaşdırır. L-arginin orqanizmdə bütün hormon (somatotrop, insulin, timozin, FSH, esterogen, progesteron, testesteron və s.), ferment, neyromediator və s. zülal təbiətli maddələrin sintezində iştirak edir, T-helper və T-killerlərin sayını və aktivliyini artıraraq şiş hüceyrələrinin inkişafını ləngidir, immuniteti gücləndirir. Neyromediatorların sintezini stimulə etdiyi üçün yaddaşı yaxşılaşdırır, xroniki yorğunluğu və depressiyanı aradan qaldırır. L- arginin zülalların parçalanma məhsulu olan qalıq azotun (ammonyakın) peraminləşməsində və onun orqanizmdən xaric olmasında iştirak edir. Buna görə güclü detoksikasion və hepatoprotektor təsirə malikdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...