0 səs
168 baxış

Monarxiyalar

1 cavab var:

0 səs
 

“Allah, kraliçanı qoru!” - bu sözlər Böyük Britaniyanın dövlət himnindəndir. Onun kraliçasının ali hakimiyyətini dünyanın 50 ölkəsində 1 mlrd-dan çox adam qəbul edir.

Monarxiya dövlət idarəetməsinin ən qədim formasıdır. Hökmdarın hakimiyyəti mütləq (məhdudiyyətsiz), yaxud parlamentlə məhdudlaşdırılmış ola bilər. Bu halda konstitusiyalı monarxiyadan danışılır.

Hələ XIX əsrdə ölkələrin çoxu mütləq monarxiya idi. Amma XXI əsrin əvvəlində hökmdarların məhdudiyyətsiz hakimiyyəti yalnız Səudiyyə Ərəbistanında və İran körfəzinin bəzi knyazlıqlarında qalıb.

Dünyada yeganə teokratik monarxiya var ki, burada bütün hakimiyyət katolik kilsəsinin başçısı Papaya məxsusdur. Kiçik dövlət olan Vatikanın təqribən min nəfər sakini var. Lakin onun nüfuzu çox böyükdür və bütün dünyaya yayılır. Vatikan 50 dildə 1,5 min qəzet və jurnal çap edir, onun radiostansiyası dünyada ən güclülərdən biridir. Bu, dünyada yeganə ölkədir ki, xristian kilsəsi bilavasitə dövləti idarə edir. Kilsə “iki ilahi qılınc” haqqında müddəanı əldə rəhbər tutur. Sanki, bir rəmzi qılıncı hökmdara təqdim edir, digərini qınına qoyur, lakin özündə saxlayır.

Monarxiya quruluşuna malik olan bəzi dövlətlərdə hökmdarı seçirlər, məsələn, Malayziyada irsən idarə edilən doqquz sultanlıq və dörd quber-natorluq bir federasiyada birləşib. Sultanlar öz sıralarından beşillik müddətdə ali hökmdarı seçirlər.

Konstitusiyalı monarxiyalar həm inkişaf etmiş ölkələrdə (Böyük Britaniya, Yaponiya, İsveç və s.), həm də inkişafda olan ölkələrdə (məsələn, Nepal, Lesoto, Mərakeş) mövcuddur. Bu gün onlarda hökmdarlann hakimiyyəti məhdudlaşdırılıb; qanunları parlament verir, hökumət isə onları həyata keçirir və əməl olunmasına nəzarət edir. Düzdür, bəzi monarxlar qanunlan rədd etməkdə azaddırlar, yəni “veto” adlanan hüquqa malikdirlər, buna qarşı digərlərinin rolu sırf dekorativdir; hərçənd rəsmən onlar dövlət başçısıdırlar, lakin faktik heç kəsi və heç nəyi idarə etmirlər. Eyni zamanda monarxın rolu böyükdür. Bu, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xalqın özünəməxsus rəmzidir. Konstitusiyaya görə Yaponiyanın imperatoru Akixito “dövlətin və xalqın vəhdətinin rəmzidir”. Bəlkə də bunu hazırda sağ olan bütün monarxlar haqqında demək olar.

Son əsrlərdə irsən keçən məhdudiyyətsiz imtiyazlar və dövləti idarə etmək hüququ çox vaxt cəmiyyətin inkişafının əyləci olurdu, ona görə də bir çox ölkələrdə monarxiyalı dövlət quruluşu respublika ilə əvəz olundu.

Oxşar suallar

+3 səs
3 cavab
soruşub 10 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 27 Noyabrda, 20 anonim Terminlər, Sözlər bölməsində
...