+2 голосов
152 просмотров
от в категории Tibb, Sağlamlıq

ANGIKOMB dərmanı 

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Boğaz və ağız boşluğuna dezinfeksiyaedici, iltihabəleyhinə, bürüyücü və ağrıkəsici təsir göstərir. Dərman bitkilərinin kombinasiyasından ibarət sprey selikli qişaya təsir göstərərək tez bir zamanda ağrını, qıcıqlanmanı aradan qaldırır. Propolis ekstraktı - tərkibinə antimikrob fəaliyyətə malik olan qətranlar, bioflavanoidlər, üzvi turşular, aminturşuları, mineral duzlar, vitaminlər və bioloji aktiv maddələr daxildir. Propolisin bakterisid və bakteriostatik təsiri tərkibindəki qətran, flavonlar, aromatik maddələr və benzoy turşuları ilə bağlıdır. Propolis yerli immuniteti (immunostimulyator) artırır, maddələr mübadiləsini yaxşılaşdırır, toxumaların regenerasiyasını yaxşılaşdırır. Propolisin tərkibindəki fenol qan damarlarını möhkəmləndirir, qan damarlarının keçiriciliyini və kövrəkliyini azaldır. Propolisin büzücü və iltihabəleyhinə təsirləri də var. Bundan əlavə, fenolların güclü antioksidant təsiri var. Propolis ağız boşluğunun və yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı yerli keyləşdirici təsir göstərərək ağrını azaldır. Sürvə yarpaqları - bioloji aktiv maddələrin kompleksi (efir yağları, flavonoidlər, tanninlər) hesabına iltihabəleyhinə, antimikrob və büzücü təsir göstərir. Qan damarlarının və kapilyarların divar keçiriciliyinin azalması hesabına İltihabəleyhinə təsir göstərir. Qram müsbət bakteriya ştamlarına antimikrob təsiri daha güclüdür. Sürvə yarpaqlarının tərkibində təbii antibiotik olan salvin maddəsi var. Salvin maddəsi həm qızılı stafilokokkların çoxalmasının qarşısını alır, həm də onların ifraz etdikləri toksinləri zərərsizləşdirir. Meşə əməköməcinin çiçəkləri - tərkibində olan aktiv maddələrin hesabına yuxarı tənəffüs yollarının iltihablaşmış selikli qişasına bürüyücü, yumşaldıcı, bəlğəmgətirici və iltihabəleyhinə təsir göstərir. Adi qaraqınıq otu - tərkibi efir yağları ilə zəngindir. Antiseptik, iltihabəleyhinə və ağrıkəsici xüsusiyyətləri var. Müalicəvi gülümbahar çiçəyi - iltihabəleyhinə, ağrıkəsici və antiseptik təsir göstərir. Stafilokokk və streptokokklara qarşı bakterisid təsiri daha güclüdür. Evkalipt yağı - iltihabəleyhinə, antibakterial, antiseptik xüsusiyyətlərə malikdir, yaraların sağalmasını tezləşdirir. Nanə yağı - iltihabəleyhinə, antibakterial, antiseptik və ağrıkəsici xüsusiyyətlərə malikdir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...