Ə/d və v/d istifadəsindən sonra qanda yüksək konsentrasiyası yaranır. Böyrək funksiyası normal olan xəstələrdə 8 saatdan sonra 75-85%-i dəyişilməmiş şəkildə sidiklə xaric olur. Böyrəklərin funksional pozğunluğu zamanı preparatın eliminasiyası dəyişir. Ampisillinin qanda zülallarla 28%-i, sulbaktamin isə 38%-i birtəşir. Ampisillin / sulbaktam orqanizmin müxtəlif orqanlarında və mayələrində yüksək konsentrasiyada toplanır; onurğa-beyni qişasının iltihabı prosesində venadaxili inyeksiyadan sonra onurğa-beyni mayesində aşkar olunur