+2 səs
175 baxış
Tibb, Sağlamlıq bölməsində

AMPRILAN 5MG N30 dərmanı

1 cavab var:

+1 səs
 
Ramipril angiotenzin çevirici fermentin (AÇF) inhibitorudur. Mədə-bağırsaq traktından sorulduqdan sonra qaraciyərdə hidrolizə uğrayıb efir əlaqəsini ayırdıqdan sonra ramiprildən 6 dəfə daha aktiv olan ramiprilat metabolitinə çevrilir. Təsir mexanizmi AÇF-in fəallığının inhibə olunması ilə bağlıdır, bu da angiotenzin I-dən angiotenzin II-nin əmələ gəlməsinin zəifləməsinə və aldosteron ifrazının birbaşa azalmasına gətirib çıxarır. Ramipril 2,5-20 mq dozada birdəfəlik qəbulundan 4 saat sonra AÇF fəallığını təxminən 60-80%, 24 saat sonra isə təxminən 40-60% inhibə edir. Ramiprilin 2 mq və ya daha artıq dozalarda təkrar peroral qəbulu 4 saatdan sonra AÇF-in plazma fəallığının 90%-dən çox, növbəti 24 saat ərzində isə 80%-dən çox zəifləməsinə səbəb olur. Ramipril antihipertenziv təsirdən başqa nefroprotektiv effekt də göstərir. Bu onun zülal filtrasiyasını azaldan yumaqcıq keçiriciliyinə müsbət təsirinin və bununla da onun antiproteinurik effekt göstərməsinin nəticəsidir. Daxilə qəbul olunduqdan sonra ramiprilin absorbsiyası 60 % təşkil edir. Ramiprilin Tmax 1-2 saat, ramiprilatda isə Tmax 2-4 saat təşkil edir. Plazma zülalları ilə birləşməsi ramipril 73 %, ramiprilatda isə 53 % təşkil edir. Ramiprildə T1/2 5,1 saat, ramiprilatda T1/2 13-17 saatdır. Preparatın 60 %-i sidiklə (2%-i dəyişilməmiş şəkildə), 40 %-i isə nəcislə metabolit şəklində xaric olur. Böyrək çatışmazlığında T1/2 artır (50 saatdan çox ola bilər), ekskresiyası isə azalır. Hidroxlortiazid tiazid qrupu diuretiklərinə aid olub böyrək kanalcıqlarının elektrolitlərin reabsorbsiyasını azaldır, bunun nəticəsində natrium, xlor, kalium, maqnezium ionlarının ekskreksiyası artırır. Terapevtik təsiri daxilə qəbulundan 2 saat sonra başlayır, 4 saat müddətində maksimuma çatır və 12 saata kimi davam edir.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 23 Dekabrda, 20 anonim
+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...