+2 səs
216 baxış
Tibb, Sağlamlıq bölməsində

AMINOKAR dərmanı 

1 cavab var:

+1 səs
 
AMİNOKAR kombinə olunmuş vasitədir. Tərkibinə daxil olan L-karnitin B qrupu vitaminlərinə aiddir. L-Karnitin lizin və metionin aminturşularının törəməsidir, insan orqanizmində eninəzolaqlı əzələlər və qaraciyər toxumalarında yüksək konsentrasiyada toplanır (orqanizmdə olan L-karnitinin təxminən 97%-i skelet əzələlərində toplanır). L-karnitin koenzim-A-nın aktivliyini təmin edən metabolik proseslərin kofaktorudur. O, skelet əzələsi, ürək və qaraciyərdə yağ turşularının mitoxondrilərə nəqlini təmin edərək enerji hasilatında iştirak edir. Ürək-damar, sinir, sümük-əzələ sistemi xəstəliklərində müsbət təsir göstərir. L-karnitin anabolik və antihipoksik təsir göstərir, yağ mübadiləsini aktivləşdirir, uzunzəncirli yağ turşularının (palmitin turşusu və s.) mitoxondri membranından keçməsini artıraraq asetil-KoA-nın sintezini sürətləndirir və son nəticədə enerji ayrılmasını təmin edir. L-karnitin yağ depolarından yağları mobilizə edilməsi üçün şərait yaradır. Hipoksik şəraitdə rəqabətə girərək oksigendən asılı qlükozanı sıxışdırıb çıxarır və oksigendən asılı olmayan yağ turşularının metabolik şuntunu aktivləşdirir, bu səbəbdən də L-karnitin kəskin hipoksiyada (o cümlədən, ürək və beynin) effektivliyə malikdir. Skelet əzələlərində yağ mübadiləsini fəallaşdıraraq piylənmənin qarşısını alır və fiziki iş görmə qabiliyyətini artırır. L-karnitin neyrotrofik təsir göstərir və sinir toxumasının bərpa edilməsi üçün şərait yaradır. Regenerativ prosesləri sürətləndirir, həzm şirələrinin hasilatını stimulyasiya edir, iştahanı artırır. L-karnitin həzm sistemində sorularaq qanda maksimal konsentrasiyaya 4 saat ərzində çatır. Plazmadan yarımçıxarılma dövrü 15 saatdır, orqanizmdən sidiklə xaric olur. L-qlutamin aminturşudur. Zülal və karbohidrat mübadiləsində iştirak edir. Oksidləşmə -bərpa proseslərini stimulyasiya edir. Orqanizmin hipoksik şəraitə dözümlülüyünü artırır. Qlutamin baş beyində yüksək metabolik aktivlikli neyromediator aminturşu hesab olunur, impulsun sinapslardan MSS-nə ötürülməsini, beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır, QAYT –ın miqdarını artırır. Beyin hüceyrələrini zədələnmədən qoruyur, membranoprotektor təsir göstərir. Digər aminturşuların, zülalların, asetilxolin, ATF sintezində iştirak edir. Miofibrillərin tərkibinə daxil olaraq skelet əzələlərinin quruluş və fəaliyyətini normallaşdırır. Ammonyakın zərərsizləşdirilməsini və orqanizmdən xaric olunmasını təmin edir. Daxilə qəbulu zamanı yaxşı sorulur. Hüceyrə və HEB baryeri keçir.Qaraciyərdə metabolizmə uğrayır, 4-7%-i dəyişilməmiş halda böyrəklərlə xaric olunur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...