+2 голосов
122 просмотров
от в категории Tibb, Sağlamlıq

ALTEKS (ŞƏRBƏT) dərmanı

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Bitki mənşəli vasitədir. Preparatın əsas təsiredici maddəsi tərkibində selik, nişasta və pektin olan gülxətmi kökünün quru ekstraktıdır. Gülxətmi şərbətinin bəlğəmğətirici, öskürəkkəsici, bürüyücü, yumşaldıcı və iltihab əleyhinə təsiri bilavasitə tərkibində bitki mənşəli selik, pektin maddələri olan gülxətmi kökünün quru ekstraktı ilə bağlıdır. Bu maddələr aşağı tənəffüs yollarının selikli qişalarının səthini uzun müddətə nazik təbəqə şəklində örtərək onların qıcıqlanmasının qarşısını alırlar. Nəticədə əzabverici öskürək simptomları azalır. Preparat reflektorik öskürəkkəsici təsiri sayəsində bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır. Həmçinin, iltihabi prosesi zəiflədir və toxumaların özünübərpa prosesini sürətləndirir. Gülxətmi şərbəti eyni zamanda mədə-bağırsaq traktının selikli qişalarının yara-eroziyalı nahiyələrinə bürüyücü təsir göstərməklə qoruyucu təbəqə əmələ gətirir və nəticədə onları qıcıqlandırıcı faktorlardan və patogen floradan mühafizə edir.

Похожие вопросы

+2 голосов
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 голосов
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...