+2 səs
161 baxış
Tibb, Sağlamlıq bölməsində

ALTAPIN (ŞƏRBƏT) dərmanı

1 cavab var:

+1 səs
 
Altapin reflektor təsirli bəlğəmgətirici preparatlar qrupuna aiddir. Təsir mexanizmi: gülxətmi və kəklikotu bitkilərinin tərkibindəki alkoloid və saponinlər daxilə qəbul zamanı mədə reseptorlarını qıcıqlandırır və reflektor olaraq bronxial vəzlərin ifrazatı artır, nəticədə bəlğəmin özlülüyü azalır və xaric olması asanlaşır. Bundan əlavə bronxların peristaltik yığılmasını stimulə edir və selikli qişada kirpikli epitelin aktivliyini artırır – bronxların mukosiliar klirensini bərpa edir. Gülxətmi – tərkibi selik (35 %) və pektinlə zəngin olduğundan iltihab əleyhinə, bəlğəm yumşaldıcı və gətirici, bürüyücü, bronxların spazmını aradan qaldırıcı xüsusiyyətlərə malikdir. Gülxətmi həmçinin əzabverici öskürəyi sakitləşdirici xüsusiyyətə malikdir. Kəklikotu - tərkibi 30 % timol adlı efir yağından ibarət olub, bronxial vəzlərin sekresiyasını gücləndirir, bəlğəmgətirici, tərlədici və antiseptik təsirlərinə görə ağciyər və tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə olunur. Propolis - mumabənzər maddə olub, müxtəlif bitki qatranları tərkibində olan, təbii arı məhsuludur. Ağız boşluğunun selikli qişasına qoruyucu və iltihab əleyhinə təsir göstərir. Çox güclü bərpa edici təsirə malikdir. Bakterisid və bakteriostatik təsirlə yanaşı virusların (qripp, herpes və s.) inkişafının qarşısını alır. Faqositozu artırmaqla immunostimulyator təsir göstərir, qanda qamma-qlobulinlərin sintezini sürətləndirir. С və A vitaminləri – antioksidant olub, orqanizmin infeksiyalara qarşı müqavimətini gücləndirir. Bal – həlledici olmaqla yanaşı, immunostimulyator təsirə malikdir, boğazın selikli qişasını sanasiya edir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 17 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 17 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...