+2 səs
168 baxış
Tibb, Sağlamlıq bölməsində

ADDİTİVA VITAMIN C 1000 MQ  dərmanı 

1 cavab var:

+1 səs
 
Metabolik proseslərdə iştirak edən, suda asanlıqla həll olan vitamin preparatıdır. Oksidləşmə reduksiya prosesində, karbohidrat mübadiləsində, toxuma regenerasiyasında iştirak edir, qlükozanın istifadə olunmasını bərpa edir. Bağırsaqdan Fe ve Ca-un sorulmasını yaxşılaşdırır. İmmun reaksiyaları requlə edir; faqositoz prosesini başa çatdırır, interferon və antitelin sintezini aktivləşdirir. Soyuqdəymənin müalicəsini sürətləndirir, ümumi zəifliyi (bədəndə əzginlik, əzələ ağrılarını) aradan qaldırır, orqanizmi virus və bakterial infeksiyalardan qoruyur. Damaqlarda qanaxmaları azaldır, damar divarının keçiriciliyini bərpa edir, qaraciyərdə protrombinin sintezini artırır, kapilyarlara qansızmaların qarşısını alır. Tərkibində şəkər yoxdur, şəkərli diabetli xəstələrdə istifadəsi təhlükəsizdir: vitamin C hüceyrələrdəki sorbitol adlı şəkəri artıraraq yüksək qan şəkərinin yan təsirinin qabağını alır; şəkərli diabetli xəstələrdə böyrək problemi olduqda sidikdə protein səviyyəsi artır bu zaman qəbul olunan C vitamini sidikdə protein miqdarını aşağı salır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...