+2 səs
483 baxış
Terminlər, Sözlər bölməsində

Axilles dabanı nədir? 

2 Cavab

0 səs
 
Zəif nöqtə, ən zəif və boşluq olan yer.

İfadə qədim yunan əsatirindən qaynaqlanır.

Həmin əsatirə görə, dəniz ilahının oğlu olan Axillesin gələcəkdə güclü, qoçaq, dözümlü və yenilməz olması üçün anası onu yeraltı Stiks çayının müqəddəs suyunda çimizdirir. Bu zaman anası uşağın dabanından tutub suya çəkdiyi üçün onun dabanına su dəymir. Beləliklə, ox, qılınc və nizənin kar eləmədiyi igid Axillesin bədənində bircə zəif və kövrək nöqtə olur: müqəddəs suyun dəymədiyi dabanı.

Əsatirə görə, günəş ilahı Apollonun köməyi ilə Troya hökmdarının oğlu Paris döyüşlərin birində Axillesi məhz bu zəif nöqtəsindən – dabanından oxla vurub yaralayır. Məşhur ifadə də məhz buradan yayılmışdır. Adətən, bir adamın zəif, tez sınan cəhəti «Axilles dabanı» ifadəsi ilə bildirilir.
0 səs
İnsanın ən zəif cəhəti

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 24 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
...