Beynəlxalq hüquqda dövlətin, hökumətin, habelə digər subyektlərin rəsmi, lakin son və qəti olmayan tanınma forması.
De-fakto tanınma siyasi və iqtisadi münasibətlərin məhdud səviyyəsi ilə səciyyələnir. Əksər hallarda De-fakto tanınma müvəqqəti xarakter daşıyır və de-yure tanınmadan öncəki keçid mərhələsi hesab olunur; məs.: 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Antantanın Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini De-fakto olaraq tanıyıb.