0 səs
158 baxış

Suverinlik

1 cavab var:

0 səs

Zaman-zaman bir sıra siyasətçilər və ictimai hərəkatlar öz dövlətlərinin yaradılmasını elan edirlər. Onlar ölkədaxili həyatın bir çox məsələlərini öz baxışları üzrə həll etməyə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara daxil olub digər ölkələrin siyasətinə bilavasitə təsir göstərməyə cəhd edirlər. Lakin dövlətçilikdən yalnız o zaman danışmaq olar ki, suverenliyin (fr. “souverainete” - ali hakimiyyət) əsas əlamətləri əldə edilsin. Bu, ölkə daxilində bütün qanunların hüquqi əsası deməkdir. Suveren dövlətdə hakimiyyət əhali üçün vacib olan qanunlar qəbul edir, onlara əməl olunmasına çalışır. Ancaq əfsanəvi, yaxud hələ Platonun xəyal etdiyi “ideal” dövlətdə onu ən yaxşı və nəcib insanlar müd-rikcəsinə idarə edirlər. Onların ədalətli fərmanlarını bütün sakinlər sevinclə yerinə yetirirlər. Həqiqətdə isə bunun üçün hakimiyyət və məcbur-etmə aparatları (ordu, polis) yaradılır, qanunu pozanlar üçün müxtəlif cəza yerləri, həbsxana, edam yerləri və s. təşkil edilir.

Suverenliyin zəruri şərti beynəlxalq münasibətlərdə müstəqil olmaqdır. Onu qazanmaq çətin, itirmək isə asandır və bundan hətta Çin kimi böyük dövlətlər də sığortalanmayıb. Avropa və Amerika ilə əlaqələrdən çəkinən nəhəng imperiya birinci “tiryək” adlanan İngiltərə-Çin müharibəsində (1840-1842) məğlub oldu. Məğlubiyyətdən sonra Çin ingilis ticarəti üçün beş liman açmağa, Syanqan (Honkonq) adasını Böyük Britaniyaya təhvil verməyə, qalib dövlətə xeyli vergi ödəməyə və s. məcbur oldu. 1949-cu iləcən inkişaf etmiş ölkələr Çini çoxlu müqavilələr bağlamağa vadar edirdilər ki, bu da onun hökumətinə öz şəxsi ərazisinə nəzarət etməyə mane olurdu və faktiki olaraq dövləti suverenlikdən məhrum edirdi

Oxşar sual yoxdur

...