0 səs
570 baxış

Miqrasiya nədir?

2 Cavab

0 səs

Yaşayış yerinin dəyişməsilə bağlı köçmələr, ərazi yerdəyişmələri miqrasiya (lat. “migro” - köçürəm) adlanır. Adətən yaşayış məntəqələri və kiçik kənd rayonları daxilindəki köçmələr miqrasiyaya aid edilmir. Əhalinin miqrasiyası bəşəriyyətin inkişafında aparıcı rol oynayıb. Yer kürəsinin böyük və bir çox cəhətdən (irqi, etnik, sosial və s.) rəngarəng əhalisi daha çox miqrasiya prosesləri nəticəsində yaranıb. İnsanlar yaşamaq üçün əlverişli olan bütün ərazilərdə məskunlaşıblar. Bir çox müasir dövlətlər (məsələn, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya) köçüb gələnlər tərəfindən təşkil olunub.

Avropa və Amerika qitələri avropalılar tərəfindən kəşf edildikdən sonra, xüsusilə, XIX əsrin əvvəllərindən başlayaraq avropalılar Amerikaya, əsasən ABŞ-a, Kanadaya, Braziliyaya və Argentinaya, eləcə də Avstraliyaya, Yeni Zelandiya və Cənubi Afrikaya qızğın şəkildə köçləri başlandı.

Bir ölkəni könüllü və ya məcburi şəkildə tərk edən, digər bir ölkəyə köçən insanlar - emiqrantlardır (lat. “emigro” - köçürəm). Onlar bunu adətən daha yaxşı həyat axtarışı məqsədi ilə və ya vətənlərində təqib olunmaqdan qaçaraq edirdilər. Onları qəbul edən dövlət üçün immiqrant-lara (lat. “immigrans” - məskunlaşanlar) çevrilir, əhalinin tərkibini artırırdılar.

XIX əsrin əvvəlindən Birinci Dünya müharibəsinin başlanmasına qədər (1914-cü il) Avropadan 50 milyondan çox insan köç etmişdir (köçüb gedənlərin və onlardan törəyən nəslin nümayəndələrinin 1/3 hissəsi sonralar geri qayıtmışdır). İkinci Dünya müharibəsindən sonra Cənubi Avropa ölkələrindən, Şimali Afrikadan, Türkiyədən, Hindistandan, Pakistandan Mərkəzi Avropaya əmək immiqrasiyaları geniş yer aldı. ABŞ-a Latın Amerikası ölkələrindən və Asiyadan işçi qüvvəsi axdı. Miqrasiyanın “beyin axını” adlanan yeni forması - yüksəkixtisaslı xarici alim və mütəxəssislərin şirnikləndirilib cəlb edilməsi, onların Qərbi Avropadan ABŞ-a köçüb getmələri ilə meydana gəldi. Sonra belə mütəxəssislərin axını inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəlindən isə keçmiş Sovetlər Birliyindən Qərbi Avropaya və Şimali Amerikaya yönəldi.

Keçmiş Rusiya imperiyasında - sovet məkanında əhalinin həmişə mühüm daxili miqrasiyası olmuşdur. Bir neçə yüzillər ərzində rus əhalisi mərkəzi rayonlardan cənuba, cənub-şərqə və şərqə köçmüşdür. Sonralar bu miqrasiyaya ukraynalılar, beloruslar və Volqaboyu xalqları da cəlb olunmuşdur. 1796-1916-cı illərdə Rusiya imperiyasının Avropa rayonlarından ucqarlara 12,6 mln nəfər köçmüşdür. Xüsusilə Stohpinin torpaq islahatı illərində (1906-1917) şərqi vilayətlərə kəndlilərin kütləvi köçməsi baş vermişdir.

Sovet hakimiyyəti dövründə əhalinin daxili miqrasiyası sürətlə artdı. Milyonlarla adam kənd yerlərindən şəhərlərə köçdü (şəhər əhalisinin sayı 1926-cı ilin axırında 18%-dən 1939-cu ilin əvvəlində 32%-ə qədər artdı). Çoxları “qolçomaq” adı altında uzaq şimal və şərq rayonlarına sürgün edildi. 20-ci və 30-cu illərin əvvəllərində kütləvi aclıq nəticəsində mühüm miqrasiyalar baş verdi.

1941 -1945-ci illər müharibəsi nəhəng miqrasiya axınları yaratdı, ilk növbədə, əhalinin şərqə köçürülməsi baş verdi. Bundan başqa, milyonlarla sovet adamı işləmək üçün Almaniyaya aparılmışdı. Sonradan isə onlar təxliyə edilərək hərbi əsirlər kimi evlərinə qayıtdılar. Müharibə illərində Krım və Şimali Qafqaz xalqları Qazaxıstan və Orta Asiyaya zorla sürgün edilmiş və sonralar bəraət alaraq, əsasən əvvəllər yaşadıqları yerlərə qayıtmışlar.

İkinci Dünya müharibəsindən sonra kənd sakinləri fəal surətdə şəhərlərə köçməyə davam edirdilər. 1961-ci il üçün şəhərlərin payına keçmiş sovet məkanında əhalinin yarısı düşürdü, 1995-ci ilin əvvəlində isə bu rəqəm 70%-i keçdi.

Miqrasiya milli tərkiblərin kifayət qədər çox qarışmasına gətirib çıxardı. Demək olar ki, hər bir iri və yeni salınan şəhər çoxmillətli idi, həm də çox vaxt orada üstünlük təşkil edən milli çoxluq olmurdu. Keçmiş ittifaq respublikaları da çoxmillətli idi. Belə ki, onların bəzilərində yerli xalqdan olan əhalinin sayı bütün əhalinin yarıdan bir qədər çoxunu təşkil edirdi, (Qırğızıstan, Latviya), Qazaxıstanda isə hətta yarıdan da azdır.

0 səs
Əhalinin yerdəyişməsi

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 02 İyunda anonim İnternet, Kompüter bölməsində
0 səs
0 cavab
soruşub 24 Mayda anonim
0 səs
1 cavab
soruşub 23 Mayda anonim
...