1. CMD Methodu
Start(windows) düyməsini basırıq və axtarış bölməsinə CMD yazıb, CMD’yə daxil oluruq. Bu kodu yazıb ENTER düyməsin basırıq. –> netsh wlan show profile
2. CONTROL PANEL Methodu
Control Panel’ə daxil oluruq. Daha sonra isə [ Network and Internet ] bölməsini seçirik. Bu zaman önümüzə 2 seçenek çıxacaq.
1) Network and Sharing Center
2) Internet Options
Burada biz [ Network and Sharing Center ] bölməsini seçirik. Açılan yeni pəncərədə yuxarda sağda Wi-fi(WIFIMIZIN ADI) olacaq. O hissəyə click edirik. Bu zaman da qarşımıza [ Wi-fi Status ] pəncərəsi çıxacaq. Bu pəncərədən isə biz [ Wireless Properties ] bölməsini seçəcəyik. Qarşımıza [ (WifiAdımız şərti) Wireless Network Properties ] pəncərəsi gələcək. Burada yanbayan 2 üst bölmə olacaq. [ Connection ] [ Security ]. Biz şifrəni öyrənmək üçün adından da məlum olduğu kimi [ Security ] bölməsin seçirik. Önümüzə gələn pəncərədə Encryption növünü, WPS protokollarını və nəhayət Wifi şifrəmizi görəcəyik. Lakin şifrə qara nöqtələr şəklində olacaq. Görünməsi üçün [ Show Characters ] seçənəyini seçəcəyik. Sonunda nöqtələr itəcək və şifrəmiz görünəcək.