+3 səs
251 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Beynəlxalq Çaylar nədir?

1 cavab var:

+2 səs
 

Beynəlxalq xarakterli daxili su yolları, başqa sözlə, bir neçə dövlətin ərazisindən keçən və beynəlxalq gəmiçilik üçün istifadə olunan çaylar, süni su birləşmələri. B.ç.-a dünyanın 200-ə yaxın ən iri çay (qolları ilə birlikdə) daxildir. Onlardan 52-si üç və daha çox dövlətin ərazisindən axır. Bunlar - Dunay, Reyn, Elba, Amazon, Volta, Zambezi, Konqo, Niger, Qanq, Mekonq və s.-dir.

Beynəlxalq Çayların hüquqi rejimi, bir qayda olaraq, sahilyanı dövlətlər və bəzi hallarda maraqlı olan digər dövlətlər arasında bağlanan sazişlərlə müəyyən edilir. Beynəlxalq Çayların ayrı-ayrı sahələri müvafiq sahilyanı dövlətin ərazisi tərkibinə daxil olub və onun suverenliyi (dövlətin suverenliyi) altındadır.

Beynəlxalq Çaylardan təsərrüfat məqsədilə istifadə olunması məsələləri qonşu ölkələr, yaxud çayın müəyyən hövzəsinə bitişik ölkələr arasında sazişlərlə tənzimlənir.

İki dövlətin sərhəd xətti olan çayların rejimi onlar arasında bağlanan sazişlə müəyyən edilir (Sərhəd çayları).

1) Dunayın beynəlxalq-hüquqi rejimi (Dunay çayında gəmiçiliyə dair Konvensiyası 1948).

2) Reynin beynəlxalq-hüquqi rejimi. 1866 il Mannheym Aktı Reyn çayı boyu yerləşən bütün ölkələr üçün azad gəmiçilik elan etmişdir. Lakin sənəddə dəqiqləşdirilib ki, qeyri-sahil dövlətləri yalnız dayanmaqla azad tranzit hüququna malikdirlər. Akta müvafiq qaydada fəaliyyət göstərmiş Mərkəzi Reyn Gəmiçilik Komissiyası yalnız sahilyanı dövlətlərin nümayəndələrindən təşkil olunmuşdu.

1919 il Versal sülh müqaviləsilə (Beynəlxalq müqavilə) komissiyanın tərkibinə Almaniyanın, Niderlandın, üç qeyri-sahilyanı ölkənin (Böyük Britaniya, İtaliya, Belçika, habelə Fransanın nümayəndələri daxil olmuşdular. XI. 1936 ildə su yollarına dair Versal sülh müqaviləsinin qərarı Hitler Almaniyası tərəfindən ləğv olunmuşdu.

İkinci Dünya müharibəsi qurtarandan sonra Almaniyanın üç işğal

zonasının hakim dairələri - Amerika, Britaniya və Fransanın idarəetmə orqanları, Reyn çayında gəmiçiliyin beynəlxalq rejiminin bütün Almaniyaya şamil edilməsinə baxmayaraq, Reyndə daşımalar üzrə müvəqqəti separat komitə yaratmış və 1945 ildən etibarən Reyndə gəmiçilik üzrə Mərkəzi Komissiyanın fəaliyyətinə yenidən rəvac vermişdilər; üstəlik onun tərkibinə ABŞ, 1945 ildən isə AFR daxil edilmişdi. Mannheym Aktının iştirakçısı olan dövlətlər 1979 ildə bu paktda iştirak etməyən ölkələrin gəmiçilik təşkilatları üçün Reyn çayı ilə yük daşıyarkən kommersiya əməliyyatları sərbəstliyinə məhdudiyyət qoyulmasını nəzərdə tutan Əlavə protokol imzaladılar.

3) Şimali və Cənubi Amerika çaylarının beynəlxalq hüquqi rejimi. Şimali Amerikada B.ç.-a münasibətdə sahilyanı ölkələr üçün azad gəmiçilik prinsipi tətbiq olunur. Belə rejim Şimali Lavrentiya çayında (1871 il Amerika- ingiltərə və 1911 il Amerika-ingiltərə müqavilələrilə), Kolorado və Rio- Qrande çaylarında (1848 və 1853 illər ABŞ-Meksika müqavilələrilə) müəyyən edilib.

Cənubi Amerikanın Amazonka və La-Plata beynəlxalq çaylarında azad gəmiçilik rejimi qeyri-sahil ölkələrə, o cümlədən ABŞ-a da aid edilir. La-Plata çayının hövzəsindən təsərrüfat işləri üçün istifadə olunması La-Plata qrupu ölkələri - Argentina, Boliviya, Braziliya, Paraqvay və Uraqvay arasında sazişlərlə tənzimlənir.

4) Afrika və Asiya çaylarının beynəlxalq-hüquqi rejimi. Niger çayı hövzəsində sahilyanı ölkələr sayılan doqquz Afrika dövləti (Fil Dişi Sahili, Yuxarı Volta, Qvineya, Daqomeya, Kamerun, Mali, Niger, Nigeriya və Çad) istiqlaliyyət qazandıqdan sonra, X.1963 ildə, Niger çayı hövzəsində gəmiçiliyə və iqtisadi əməkdaşlığa dair Niamey aktını qəbul etdilər. Niger çayında naviqasiya və nəqliyyyat üzrə komissiyaya yalnız sahilyanı dövlətlər daxildirlər.

Konqo çayında da eyni rejim bərqərar oldu; Nil çayının hüquqi rejimi Misir və Sudan arasında bağlanan sazişlə müəyyən edilir. Asiyanın iri Beynəlxalq Çaylarda hüquqi rejimlər sahilyanı dövlətlərin sazişləri ilə təsbit edildi.

Məs., Hind çayından istifadə olunması Hindistanla Pakistan arasında 1960 il sazişi ilə tənzimlənir. Şətt-ül- Ərəb çayından gəmiçilik və təsərrüfat məqsədləri üçün istifadə olunması İraqla iran arasında 1975 ildə imzalanmış Əlcəzair sazişilə tənzimlənir.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...