Beynəlxalq qeyri-hökumət təşkilatı', 1950 ildə yaradılıb; dünyanın müxtəlif dövlətlərinin mərkəzi arxiv müəssisələrini, arxivçilərin milli assosiasiyalarını və regional birliklərini özündə birləşdirir.
Beynəlxalq Arxivlər Şurası vəzifəsi - bütün ölkələrin arxivçiləri, dövlət və fərdi arxiv müəssisələri arasında əlaqələr yaratmaq, onları qoruyub möhkəmləndirmək, arxiv işinin inkişafına kömək etmək, arxivçi kadrlar hazırlamaq və sairədir.
Qərargahı - Parisdədir.
Ali rəhbər orqanı - 4 ildən bir çağırılan Baş Məclisdir. BM-in sessiyaları arasındakı dövrdə Şuraya icraiyyə Komitəsi rəhbərlik edir. Arxiv işləri sahəsində beynəlxalq əməkdaşlığın praktiki məsələlərini müzakirə etmək üçün hər il Arxivlərin dəyirmi masası keçirilir. Mətbu orqanı - «Arxivum» jurnalı nəşr edilir.