+3 səs
274 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Beynəlxalq Arbitraj nədir?

1 cavab var:

+2 səs
 

Mübahisə edən tərəflərin könüllü razılığı ilə bir və ya bir neçə arbitr, tərəfindən beynəlxalq mübahisələrə baxılması; A.-ın xarakterik cəhətləri bunlardır: onun qərarları mübahisə edən tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir; arbitr və ya arbitrlər mübahisə edən tərəflərin özü tərəfindən seçilir.

Arbitrajın iki növü vardır: a) konkret mübahisə üzrə yaradılan; b) beynəlxalq müqavilələrdə onların icrası zamanı yarana biləcək mübahisələrin həlli üçün nəzərdə tutulan (belə müqavilə normasını tretey (münsiflər) yazısı adlandırırlar).

Arbitraj orta əsrlərdə məşhur olmuş, lakin daha geniş şəkildə XVIII əsrin axırları və XIX əsrin əvvəllərində yayılmışdır. Beynəlxalq toqquşmaların sülh yolu ilə həll edilməsinə dair 1899, 1907 illər Haaqa konvensiyalarını (Haaqa konfransları, 1899 və 1907) misal göstərmək olar.

Beynəlxalq mübahisələrin dinc yolla həll edilməsinin mümkün vasitələrindən biri kimi arbitrajın tətbiqi BMT Nizamnaməsində və digər sazişlərdə nəzərdə tutulur.

Arbitrajdan ingilis və rus diplomatiyası Şərqlə bağlı müstəmləkə siyasətinin həyata keçirilməsində geniş istifadə etmişdir. Məs: Yaxın və Orta Şərq regionunda baş qaldıran ərazi məsələlərinin nizama salınmasında arbitr kimi çıxış edən ingilis və rus diplomatiyası öncə öz dövlətlərinin maraqları baxımından çıxış edirdilər. Bu prosesdə münaqişədə iştirak edən tərəflərin ingiltərə və Rusiya ilə münasibətləri əsas götürüldüyündən, problemin nizama salınmasına heç də bitərəf arbitr kimi yanaşılmadığından, gələcək toqquşmalar üçün zəmin yaradılmışdı.

Asiya, Afrika və Latın Amerikasında müstəmləkəçi dövlətlərin iştirakı ilə sərhəd məsələlərinin (dövlət sərhədləri) «həlli» bu prosesin tərkib hissəsi kimi təzahür etmişdir ki, bunun nəticəsində də etnik sərhədlər əvəzində çox vaxt «siyasi sərhədlər» yaradılmışdı.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...