+2 səs
198 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Bettl Qanunu (1951) nədir?

1 cavab var:

+1 səs
 

Bettl Qanunu (1951) (qarşılıqlı müdafiə məqsədilə edilən yardıma nəzarət qanunu). ABŞ Konqresi tərəfindən 28.VIII qəbul olunub və layihənin müəllifi senator Bettfrn adını daşıyır. Qanun «Amerika yardımını» alan ölkələrə ABŞ-ın təzyiqinə haqq qazandırırdı.

Müəyyən edilirdi ki, ABŞ «onun təhlükəsizliyinə qorxu törədən» istənilən ölkəyə, yaxud ölkələr qrupuna silah, hərbi sursat, müharibə ləvazimatı və atom enerjisi, neft, nəqliyyat vasitələri istehsalında strateji əhəmiyyət daşıyan məhsullar aparılmasına embarqo qoya bilər. Qanun həmçinin bu ölkələrə ABŞ ixracatını da tənzimləməyi nəzərdə tuturdu. Qanunda deyilirdi ki, istənilən Amerika köməyi yalnız o ölkələrə ediləcəkdir ki, onlar SSRİ ilə ticarətdə eyni qadağalar qoymuş olsunlar.

Bettl Qanunu ABŞ prezidentinə tövsiyə edirdi ki, bütün ölkələrin sosialist ölkələrinə ixracatlarını «tənzimləməkdə» ABŞ-la əməkdaşlıq etmələrinə nail olsun.

Oxşar suallar

+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 08 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 08 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
1 cavab
soruşub 09 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 07 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
...