+2 гол-в
191 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Bern Konvensiyası (1886) nədir?

1 Ответ

+1 голос
от
 
Лучший ответ

Ədəbi və bədii əsərlərin qorunmasına dair. 1886 ildə Berndə qəbul edilib. Dəfələrlə: 1896 ildə Parisdə, 1908 ildə Berlində, 1914 ildə Berndə, 1928 ildə Romada, 1948 ildə Brüsseldə, 1967 ildə Stokholmda və 1971 ildə Parisdə yenidən baxılmış, dəyişdirilmiş və əlavələr edilmişdi. Bern Konvensiyası ədəbi və bədii mülkiyyəti qoruyub saxlamaq üçün beynəlxalq büroya malik Beynəlxalq ittifaq təsis etmişdir. Beynəlxalq büro 1893 ildən başlayaraq intellektual mülkiyyətin qorunması üzrə Beynəlxalq Büronun (İMBB) tərkibinə daxil edilib. 1967 ildən İMBB-nin funksiyalarını Ümum-dünya intellektual Mülkiyyət Təşkilatı həyata keçirir.

Bern Konvensiyasının mahiyyəti müəlliflərin - ittifaqın üzvü olan ölkələrdən birində öz əsərlərini çap etdirmiş ittifaq ölkələrinin birinin vətəndaşının əsərlərini ittifaqın digər ölkələrində qorumaqdır. Müəllif öz əsərini ittifaqın bütün ölkələrində tərcümə etdirmək yaxud təkrar çap etdirmək kimi müstəsna hüquqa malikdir. Əsər bu ölkələrdə müəllifə yaxud naşirə müvafiq qonorar verilmədən buraxıla bilməz. Əsərin radio, televiziya, mexaniki yazılma yolu ilə yenidən yayımı müəllifin müstəsna hüququdur. Bern Konvensiyası müəllifin ölümündən sonra ən azı 50 il müddətinə müəlliflik hüququnu qoruyub saxlayır.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 14 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 03 Фев от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...