0 səs
180 baxış

Dövlət demoqrafiya siyasəti

1 cavab var:

0 səs

Demoqrafik siyasət - bu və ya digər demoqrafik nəticələr əldə etməyə yönəldilmiş tədbirlər sistemidir. Bu tədbirlər iqtisadi, sosial, tibbi, inzibati ola bilər. Tamamilə aydındır ki, bütün dövlətlər ölümü azaltmağa çalışır. Doğumu isə bəziləri azaltmaq, digərləri isə çoxaltmaq istəyirlər.

Bir çox sıx məskun olan ölkələrin hökumətləri əhali artımını azaltmaq istəyir. Çində inzibati tədbirlərə üstünlük verilir, özü də hakimiyyət biruşaqlı ailələrə istiqamətlənib: bir uşağa görə mükafat, üçüncü və sonrakı uşaqlara görə artan cəza prinsipi elan edilib. Beləliklə, ailənin planlaşdırılması onun daxilində deyil, "yuxarıdan" həyata keçirilir. Xüsusi siyahıda ikinci uşağı dünyaya nə vaxt gətirmək vaxtı da qeyd olunub. Evlənməyin minimum hədləri qadınlar üçün 20 kişilər üçün 22 yaşdır. Əhali artımının dayandırılmasına cəhd olunan Hindistanda çalışırlar ki, bunu könüllülük əsasında, geniş ailə planlaşdırması proqramını yaratmağa ehtiyac duymadan etsinlər.

Eyni zamanda aşağı göstəricilərinə malik inkişaf etmiş ölkələrin çoxu üçün doğumun artırılması problemi kəskindir. Əhalinin xroniki azalmasına malik ilk ölkə olan Fransada bu iqtisadi problemin həlli üçün mühüm iqtisadi tədbirlər görülüb. Belə ki, XX əsrin 80-ci illərinin sonundan fransız qadınları doğuma qədər böyük müavinət alırlar və onun miqdarı üçüncü və sonrakı uşaqlar anadan olduqda artırılır. Uşağın 16 yaşı tamam olduğu vaxta qədər irihəcmli aylıq müavinətlər ödənilir; əgər böyümüş oğul və ya qız iş axtarırsa, müavinət 17 yaşa qədər, yox əgər təhsili davam etdirirsə, 23 yaşa qədər davam edir. Bir sıra digər effektiv iqtisadi tədbirlər də işlənib hazırlanıb, xüsusilə gənc ailələr üçün faizsiz borc verilməsi geniş yayılıb.

Keçmiş SSRİ-də demoqrafik siyasət həmişə doğumun artırılmasına yönəldilmişdi. Lakin ailənin dördüncü uşağının doğumundan sonra aldığı kiçik müavinət doğumu stimullaşdıra bilməzdi. Bu daha çox yoxsulluğu yüngülləşdirməli olan sosial müavinət idi. Çoxuşaqlı ailələr getdikcə azalırdı. Doğumu stimullaşdıran bəzi tədbirlər ancaq 80-ci illərdə qəbul edildi, amma bunlar ailənin maddi səviyyəsini əhəmiyyətli dərəcədə saxlaya bilmirdi, doğum göstəriciləri aşağı düşürdü (1980-ci ildə bu 2,2 mln təşkil etdiyi halda, 1988-ci ildə 1,4 mln oldu).

Azərbaycanda əhalinin artımı müxtəlif dövrlərdə fərqli olmuşdur. XX əsr ərzində əhalinin sayı azı dörd dəfə - 1897-ci ildə 1 806 700 nəfərdən 2000-ci ildə 8 016 200 nəfərədək artmışdır. Bu dövrdə Azərbaycan əhali artımı ilə yanaşı bir neçə demoqrafik böhran da keçirmişdir.

Məsələn, 1914-cü ildən 1920-ci ilədək olan dövr ərzində ölkənin demoqrafik tablosu Birinci Dünya Müharibəsi, Rus inqilabı və etnik təmizləmələr zamanı faciəvi şəkildə dəyişmişdir. Nəticədə əhalinin sayı 17% azalmışdır.

Müharibədən sonrakı qısamüddətli iqtisadi yüksəliş və demoqrafik bərpa dövründən sonra ölkə ümumsovet sənayeləşmə və kollektivləşmə siyasəti məcrasında, onun bütün müsbət və mənfi cəhətləri ilə birlikdə yaşadığı bir vaxtda Respublika II Dünya Müharibəsi zamanı ikinci demoqrafik böhran keçirdi. Bundan sonrakı dövr əhalinin yüksək artımı ilə xarakterizə olunur.

1994-2000-ci illər ərzində insan ömrünün uzunluğu artmış, ümumi ölüm və uşaq ölümü əmsalları aşağı düşmüşdür.

Oxşar suallar

+3 səs
4 cavab
soruşub 28 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
0 səs
0 cavab
soruşub 19 Sentyabrda, 21 anonim
+2 səs
1 cavab
soruşub 27 Apreldə, 21 anonim Biznes, Maliyyə bölməsində
+3 səs
1 cavab
...