17.VII-2.VIII. ABŞ, Böyük Britaniya və SSRİ dövlət rəhbərlərinin iştirakı ilə Potsdamda (Berlin yaxınlığında) keçirilmişdir. Konfransın (Beynəlxalq konfrans) işində əsas məsələ Almaniyanın denasifikasiyası, demilita- rizaslyası və demokratikləşdirilməsin- dən ibarət idi. Almaniyada ali hakimiyyətin ABŞ, Böyük Britaniya, Fransa və SSRİ işğal qoşunlarının baş komandanları tərəfindən (hərə öz işğal zonasında və Almaniya üzrə nəzarət şurasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Almaniyanın işğalının aşağıdakı məqsədləri elan edildi: onun tam tərksilah edilməsi və demilitariza- siyası, siyasi həyatın denasifikasiyası və demokratikləşməsi, nasional sosialist partiyasının ləğv olunması, bütün nasist qanunlarının ləğv edilməsi, hərbi cinayətkarların cəzalandırılması, nasistlərin cəmiyyətdə və müəsisələrdə məsul vəzifələrdən uzaqlaşdırılması, antifaşist partiyaların fəaliyyətinə yardım edilməsi, təhsil sisteminin, məhkəmənin və yerli idarəetmənin demokratikləşdirilməsi. Alman təcavüzünə məruz qalmış xalqların təzminat hüququ konfrans iştirakçıları tərəfindən təsdiq edildi. Almaniya hərbi və ticarət donanmasının ABŞ, Böyük Britaniya və SSRİ arasında bərabər bölüşdürülməsi haqqında qərar qəbul edildi.
Berlin Konfransında ərazi məsələlərinə baxıldı. Polşanın qərb sərhəddi (dövlət sərhədləri) Oder - Neyse çayları boyu müəyyənləşdirildi. Şərqi Prussiyanın bir hissəsi və Dansiq (Qdansk) Polşaya verildi. Köniqsberq şəhəri (4.VII. 1946- dan Kalininqrad) və Şərqi Prussiyanın ona bitişik əraziləri SSRİ-yə verildi.
Almaniya və onun keçmiş müttəfiqləri ilə sülh müqavilələri hazırlamaq üçün xarici işlər nazirlərinin şurası yaradıldı. Əsas hərbi canilərin beynəlxalq hərbi tribunala verilməsi qərara alındı.
Berlin Konfransın qərarları, onlara qoşulmaq təklifi ilə Fransa Hökumətinə göndərildi. Fransa təklifi qəbul etdi.