13.V. Avstriya-Macarıstan, Almaniya, Fransa, İtaliya və Rusiya tərəfindən Bosniya-Herseqovinyada baş verən üsyanla əlaqədar təqdim edilmişdir. Türkiyə hökumətindən üsyançılarla iki aylıq barışıq əldə etmək, türk qoşunlarını müəyyənləşdirilmiş məntəqələrdə saxlamaq, dağıdılmış evlərin, təsərrüfatların bərpasında üsyançılara yardım etmək, üsyançıların silah saxlamaq hüquqlarını qəbul etmək tələb olunurdu. Üsyançılara qarşı mübarizədə Türkiyənin tərəfini saxlayan İngiltərə Berlin Memorandumunu qəbul etmədi. 30.VI.Serbiya və Çernoqoriyanın Türkiyəyə qarşı müharibəyə başlamaları ilə Berlin Memorandumu öz mənasını itirdi.