13.VI-13.VII. Avstriya-Macarıstan, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya və Türkiyənin iştirakı ilə keçirilmiş və San-Stefano sülh müqaviləsinin şərtlərinə yenidən baxılmışdır. 13.VII. imza- lan-mış Berlin traktına görə Bolqarıstan Türkiyə sultanının təsdiq etdiyi knyaz tərəfindən idarə olunan və ona vergi ödəyən muxtar dövlət statusu aldı. Balkan dağlarından cənubdakı ərazilərdən, Türkiyə sultanının siyasi və hərbi hakimiyyəti altında olan və inzibati muxtariyyətə malik şərqi Rumeliya vilayəti təşkil olundu, Albaniya, Frakiya, Makedoniya Türkiyənin hakimiyyəti altında qaldı, Çernoqoriya, Rumıniya, Serbiya müstəqillik qazandı, Batum, Ərdəhan, Qars Rusiyaya keçdi, yeni rus-türk sərhədi (dövlət sərhədləri) müəyyənləşdirildi. Paris sülh müqaviləsinin (Paris sülhü 1856) və London konvensiyasının (London konvensiyaları) Qara dəniz boğazları haqqında yeni razılaşmanın toxunmadığı maddələri təsdiq olundu.