1. Yeganə, təkrarsız.
Jurnalistikada bu termindən fakt və hadisələrlə bağlı digər media orqanlarının malik olmadığı informasiyanı, yaxud materialı yayarkən istifadə edirlər. Eksklüziv xəbər, eksklüziv müsahibə, eksklüziv reportaj terminləri məhz belə məlumatlara şamil olunur. Onlar orijinallığı və təkrarsızlığı ilə böyük auditoriya marağına səbəb olur.
2. Yalnız bir nəfərə, bir təşkilata məxsus olan; məs.: eksklüziv reklam hüququ, eksklüziv işıqlandırma hüququ.