1. Əllə icra edilən mürəkkəb əməliyyat, fənd.
2. Auditoriyanı çaşdırmaq, vəziyyəti öz xeyrinə dəyişmək üçün hansısa hiyləyə əl atmaq, insanlara yanlış fikir və dəyərlər təlqin etmək.
İctimai manipulyasiya mediada və digər ictimai çıxışlarda məsələnin mahiyyətini təhrif etməklə əhalini aldatmaq deməkdir. İctimai manipulyasiya (yaxud ictimai rəylə manipulyasiya) son nəticədə insanların iradəsini qırmaq, gizli üsullarla onların şüuruna təsir göstərməklə davranışlarını proqramlaşdırmaq məqsədi güdür.