0 səs
21 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Yer saatı nədir?

1 cavab var:

0 səs
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzi olaraq bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır.
Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.
Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.
2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
...