Qadınların bütün vətəndaş hüquqları ilə təmin olunması, qadın diskriminasiyasının aradan qaldırılması uğrunda mübarizə, ictimai-siyasi hərəkat.
Feminizm hərəkatı.
XVIII əsrdə Fransada və Şimali Amerikada genişlənən bu hərəkat XIX əsrin 2-ci yarısında vüsət alıb. 1925-ci ildə Beynəlxalq Feminist Təşkilatlarının Birləşmiş Daimi Komitəsinin, 1934-cü ildə Beynəlxalq Qadın Təşkilatlarının Əlaqələndirmə Komitəsinin yaradılması ilə nəticələnib.